Yuxarı

DGK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

DGK sədrinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
© Report — Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev

Bakı. 26 sentyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən ay keçirilməli olan vətəndaş qəbulunun vaxtı sentyabrın 28-nə keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, qəbul 11:00-da kənddə yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında keçiriləcək.

Qəbul zamanı bölgədə yerləşən - Cocuq Mərcanlı kəndi (Cəbrayıl), Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Cənub Ərazi Baş Gömrük İdarəsinin "Xudafərin" gömrük postu (əlaqə telefonu: (021) 222-20-08) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi