Yuxarı

​DGK sədri Rusiya səfiri ilə görüşüb

Görüşdə iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrindən söhbət açılıb

Bakı. 4 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin arasında keçirilən görüşdə Azərbaycan Rusiya gömrük əməkdaşlığının inkişaf dinamikası ətraflı müzakirə edilib. 

Bu barədə “Report”a DGK Mətbuat Xidmətindən məlumat verilib.

DGK-nın açıqlamasında deyilir ki, görüşdə iki ölkənin gömrük orqanlarının qarşılıqlı əlaqələrindən söhbət açılıb, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Rusiya əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub.

Eyni zamanda, ötən il tərəflər arasında imzalanan “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında Protokol”dan da söhbət açılıb. 

Məlumata görə, Azərbaycandan Rusiyaya ixrac edilən bəzi kənd təsərrüfatı mallarının gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsinə şərait yaradan bu protokola uyğun olaraq şimal sərhədində bu növ malların qonşu ölkəyə keçirilməsində “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiq olunur.

Görüşdə həmçinin bu istiqamətdə gələcəkdə hər hansı problemlərin yaşanmaması ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi