Yuxarı

DGK sədri Kürdəmirdə vətəndaşları qəbul edəcək

Qəbul zamanı bölgədə yerləşən rayonların sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev oktyabrın 30-da saat 11:00-da Kürdəmir şəhərindəki Bakı prospekti-18 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 29-u saat 11:00-dək Dövlət Gömrük Komitəsinin "192" Çağrı Mərkəzi, yaxud (012) 404-22-00, həmçinin Şirvan Gömrük İdarəsinin (021) 215-36-10 ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi