Yuxarı
    Bağlamaq

    ​DGK sədri: "Kommersiya və istehsal məqsədilə gətirilən mallar vergiyə cəlb ediləcək"

    Bu yeniliyin büdcə daxilolmalarına təsiri araşdırılacaq

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda bəzi KİV-də dövlət başçısının məlum fərmanı səhv şərh edilir. Fərmana görə, kommersiya məqsədi olmayan məhsulların idxalı rüsumdan azad edilir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

    A.Əliyevin sözlərinə görə, kommersiya və istehsalat məqsədilə gətirilən mallar əvvəlki qaydada vergiyə cəlb ediləcək: "Fərmana əsasən, Nazirlər Kabinetinə 3 ay, Dövlət Gömrük Komitəsinə 1 ay vaxt verilib. Bəzən jurnalistlər bunu kommersiya, yaxud istehsal məqsədilə gətirilən mallarla qarışdırırlar. Bu fərman əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün yalnız şəxsi məqsədlər üçün gətirilən mallara aiddir. Mövcud qanunvericiliyə əsasən, kommersiya və istehsal məqsədilə gətirilən mallar vergiyə cəlb ediləcək".

    DGK sədri qeyd edib ki, bu yeniliyin büdcə daxilolmalarına təsirinin fərmanın tətbiqinə başlanıldıqdan sonra öyrənilməsi mümkün olacaq: "Fərmanın tətbiqi ilə bağlı müəyyən mexanizmlər hazırlandıqdan və müəyyən hesablamalar aparıldıqdan sonra bununla bağlı qəti qərar vermək olar". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi