BMT və Azərbaycan Gömrük Xidməti arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

BMT və Azərbaycan Gömrük Xidməti arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Biznes
21 May , 2019 18:29
BMT və Azərbaycan Gömrük Xidməti arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Komitədən “Report”a verilən məlumata görə, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində görülən tədbirlər barədə məlumat verən S.Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatların Azərbaycan gömrüyünün beynəlxalq aləmdə etibarının artmasına, müasir texnologiyaların və innovativ layihələrin tətbiq edildiyi qabaqcıl və mütərəqqi quruma çevrilməsinə şərait yaratdığını vurğulayıb.

S.Mehdiyev BMT ilə DGK arasında mövcud əlaqələrdən söhbət açıb və səmərəli əməkdaşlığın gömrük xidmətinin inkişafına müsbət təsirindən danışıb.

S.Mehdiyev həmçinin Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və DGK tərəfindən həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin sərhədlərin təhlükəsizliyinin gücləndirilməsinə, əmtəə və xidmət keçidlərinin asanlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Birgə gerçəkləşdirilən layihələri bütövlükdə BMT İnkişaf Proqramının Dövlət Gömrük Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən S.Mehdiyev bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu deyib.

Q.İshaqzai təmsil etdiyi qurumun gömrük orqanları ilə əlaqəli fəaliyyətindən söhbət açıb, gömrük sistemində həyata keçirilən islahatları yüksək qiymətləndirib, Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi