Yuxarı

Dövlət Gömrük Komitəsinin sədri Belarus səfirini qəbul edib

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edib. Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnun olduğunu və əlaqələrin bundan sonra da müsbət məcrada inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycanın Belarusla gömrük sferasında da qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini qeyd edib.

Qəbula görə A.Əliyevə təşəkkür edən Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu və burada az müddətdə böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən ölkədə iqtisadi tərəqqinin şahidi olduğunu bildirib. Qurumun məlumatında qeyd edilir ki, qonaq iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcəyini diqqətə çatdırıb.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi