DGK sədri Ağsuda vətəndaşları qəbul edəcək

DGK sədri Ağsuda vətəndaşları qəbul edəcək Bakı. 20 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev fevralın 23-də saat 10:00-da Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində (Ağsu şəhəri, Azərbaycan küç. 25 ) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Biznes
20 Fevral , 2019 10:05
DGK sədri Ağsuda vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev / Report/ Firi Salim

Bakı. 20 fevral. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev fevralın 23-də saat 10:00-da Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində (Ağsu şəhəri, Azərbaycan küç. 25 ) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən “Report”a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Ağsu, Şamaxı, İsmayıllı, Qobustan rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), DGK-nın Cənub Ərazi Baş Gömrük İdarəsi, Şirvan gömrük postu (əlaqə telefonu: (021) 215-34-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi