Yuxarı

​DGK sahibkarlar üçün seminar keçirib

Tədbirdə gömrük bəyannamələrinin verilməsi, ödənişlərin hesablanması, gömrük-sərhəd proseduralarının sadələşdirilməsi və s. mövzular müzakirə olunub

Bakı. 25 dekabr. REPORT.AZ / Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Biznes subyektləri üçün əlverişli şəraitin yaradılması məqsədilə gömrük proseduraları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr" mövzusunda seminarın 2-ci mərhələsi keçirilib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, seminarın açılışında çıxış edən Dövlət Gömrük Komitəsi (DGK) Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov sahibkarliğin inkişafına dəstəyin daha da artırılması, Azərbaycanda sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviq edilməsi istiqamətində gömrük orqanlarının atdığı addımlar barədə məlumat verib.

Seminar çərçivəsində DGK-nin Gömrük nəzarətinin təşkili və Maliyyə-tarif və valyuta nəzarəti Baş idarələrinin əməkdaşları “Bəyanetmə prosedurası. Gömrük bəyannamələrinin verilməsi prosesində tətbiq edilən sadələşdirmələr”, “Gömrük ödənişlərinin hesablanması, tətbiqi və ödənilməsi prosesi”, “Gömrük əməliyyatı və proseduraları”, "Gömrük-sərhəd proseduralarının sadələşdirilməsi” və digər mövzularda sahibkarları məlumatlandırıb, onları maraqlandıran suallara cavab veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi