​DGK rəsmisi: "Sahibkarlar ölkəni də düşünməlidir"

​DGK rəsmisi: "Sahibkarlar ölkəni də düşünməlidir" İdarə rəisi sertifirkatların verilməsi məsələsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib
Biznes
14 Mart , 2016 12:37
​DGK rəsmisi: Sahibkarlar ölkəni də düşünməlidir

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanda 2015-ci il ərzində 7 min xarici iqtisadi fəaliyyət iştirakçısının fəaliyyəti müşahidə edilib və 9 mlrd. ABŞ dolları məbləğində idxal qeydə alınıb. "Report" xəbər verir ki, bunu "AmCham"ın təşkilatçılığı ilə bu gün Bakıda keçirilən "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" konfransında çıxış edən Dövlət Gömrük Komitəsi Maliyyə-tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.

M.Vahabov qeyd edib ki, azadolma sertifikatları yalnız neft-qaz sektorunda çalışan şirkətlərə verilir: "Bizi ittiham edirlər ki, subpodratçılar azadolma sertifikatını ala bilmirlər. Bu məsələ birbaşa mənim səlahiyyətimdə olduğu üçün deyim ki, bu günə qədər yüzlərlə podratçı, subpodratçı, hətta sub-subpodratçılar həmin sertifikatı alıb. Azadolma sertifikatı almaq istəyən şirkətlər indi elə mallar idxal etməlidir ki, onlar neft-qaz sektoruna aid olsun. Kimsə vedrə gətirir və deyir ki, bu, İtaliya vedrəsidir. Ona görə də sertifikat istəyir. Yaxud bir ara sosiska idxal edilməsi dəbə minmişdir. Bu gün bəyəm 1992-ci ildir? Sahibkarlar təkcə özlərini yox, ölkəni də düşünməlidirlər".

Son xəbərlər

Orphus sistemi