DGK-nın sədri Ümumdünya Gömrük Təşkilatının Bakıdakı ofisinin təmsilçiləri ilə görüşüb

DGK-nın sədri Ümumdünya Gömrük Təşkilatının Bakıdakı ofisinin təmsilçiləri ilə görüşüb Bakı. 22 may. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Herman və ofisin əməkdaşı Eser Çengelle görüşüb.
Biznes
22 May , 2018 17:35
DGK-nın sədri Ümumdünya Gömrük Təşkilatının Bakıdakı ofisinin təmsilçiləri ilə görüşüb
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Herman və ofisin əməkdaşı Eser Çengelle görüşüb.

"Report" Komitəyə istinadən xəbər verir ki, S.Mehdiyev Azərbaycan gömrüyünün beynəlxalq təşkilatlarla, xüsusilə Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə toxunub, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib. ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, eləcə də Ümumdünya Gömrük Təşkilatının Regional Tədris və Kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdıran sədr bu əməkdaşlığın perspektivlərindən bəhs edib.

Onun sözlərinə görə, bu gün beynəlxalq standartlara uyğun xidmət səviyyəsinə malik Azərbaycan gömrüyü Ümumdünya Gömrük Təşkilatının qabaqcıl üzvləri sırasında ölkəni layiqincə təmsil edir. ÜGT ilə Azərbaycan gömrüyü arasında uzunmüddətli səmərəli əlaqələr qurulduğunu qeyd edən S.Mehdiyev müxtəlif sahələrdə qarşılıqlı işgüzar münasibətlərin, xüsusilə də kadr potensialının gücləndirilməsilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını deyib, gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini bildirib.

Eyni zamanda Azərbaycanın tranzit imkanlarının artırılması məqsədilə görülən işlər çərçivəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaq barədə Azərbaycan gömrük orqanları qarşısındakı vəzifələrə diqqət çəkən DGK sədri bununla əlaqədar gömrük əməkdaşları üçün ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində seminarların təşkil edilməsinin önəmindən bəhs edib.

R.Herman Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirib, rəhbəri olduğu ofisin fəaliyyətində hərtərəfli dəstəyə görə Azərbaycan Gömrük Xidmətinə təşəkkürünü ifadə edib. Fəaliyyəti dövründə ofisdə bir sıra seminar və konfransların keçirildiyini qeyd edən qonaq bu tədbirlərin region ölkələrinin gömrük xidmətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb. Təmsil etdiyi təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini söyləyən R.Herman ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin müsbət məcrada inkişafından razılığını bildirib, ÜGT-nin Bakı şəhərindəki regional ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı perspektivlərdən söhbət açıb.

Son xəbərlər

Orphus sistemi