DGK ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

DGK ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Biznes
1 Dekabr , 2017 16:59
DGK ilə Azərbaycan Milli Antidopinq Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, görüşdə Agentliyin direktoru Şəfəq Hüseynli rəhbəri olduğu qurumun ölkə idmanının müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verib. O, idmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizədə aidiyyəti təşkilatlarla əməkdaşlıqdan bəhs edib, DGK-nın dopinq vasitələrinin ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsinə qarşı mübarizəni gücləndirəcəyinə, idmanda dopinqə qarşı mübarizə haqqında qanunvericiliyin, antidopinq qaydalarının, beynəlxalq standartların, eləcə də ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilə və razılaşmaların tələblərinə əməl olunmasına müsbət təsir edəcəyinə əmin olduğunu deyib.

Daha sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. 

Son xəbərlər

Orphus sistemi