DGK İsrailin Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək istəyir

DGK İsrailin Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək istəyir Qurumun sədr müavini Şahin Bağırov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb
Biznes
3 Oktyabr , 2017 15:05
DGK İsrailin Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək istəyir
Customs.gov.az

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, görüşdə Ş.Bağırov iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan söhbət açıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əlaqələrindən, gələcək əməkdaşlıqdan bəhs edib, əlaqələrin dərinləşdirilməsi üçün təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycan Gömrük Xidmətinin İsrailin Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədrinin müavini bu baxımdan tərəflər arasında 2011-ci ildə imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" Sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini bildirib.

D.Stav isə hər iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirib. Səfir ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.

İsrail ilə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan səfir D.Stav iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə eyni zamanda hökumətlərarası komissiyanın iclasında gömrük sferasında müzakirə ediləcək məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi