Yuxarı

​DGK: Bu il idxalın 45%-dən çox azalacağı gözlənilir

DGK sədri isə idxalın 5 mlrd. dollardan çox olacağını düşünür

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın 2016-cı il üçün idxal əməliyyatlarının həcmi ilkin olaraq 9 mlrd. ABŞ dolları proqnozlaşdırılsa da, real olaraq bu göstəricinin 5 mlrd. dollardan artıq olmayacağı gözlənilir. 

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib: "Yanvar ayının rəqəmlərinə baxanda görürük ki, idxal 65-70% azalıb. Ona görə də hesab edirəm ki, real idxal bu il 5 mlrd. dollardan çox olmayacaq".

Komitənin sədri Aydın Əliyev isə deyib ki, idxalın 5 mlrd. dollardan çox olacağını düşünür: "İnvestisiya yönümlü istehsal yerlərinin açılması ilə əlaqədar ölkəyə gətiriləcək maşınlara görə idxalın həcmi arta bilər. Çünki bu, ölkə başçısı tərəfindən sahibkarlara edilən böyük jestdir".

Qeyd edək ki, ötən il idxalın həcmi 9,2 mlrd. dollar olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi