Yuxarı
    Bağlamaq

    Daha iki özəlləşdirmə hərracının anonsu verilib

    Bu hərraclarda 200-dək obyekt satışa çıxarılacaq© Report.az

    Bakı. 3 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) aprelin 25-də yeni hərrac keçirəcək. Komitədən "Report"a verilən xəbərə görə, bu hərraca ümumilikdə 20 səhmdar cəmiyyəti çıxarılacaq.

    Özəlləşməyə çıxarılan müəssisələrin əksəriyyəti sənaye, nəqliyyat, tikinti, inşaat kimi müxtəlif sahələrə aiddir. Bu müəssisələr sırasında "Ağcəbədi Aqrotexservis", "Astaraçay-3", "Masazır Quşçuluq", "Masallı Şıxlar Broyler", "Neftçala Ət" kimi iri dövlət əmlakları var.

    Eyni zamanda, ƏMDK mayın 2-də də hərrac keçirəcək. Bu hərracda 167 dövlət əmlakı özəlləşdirməsi nəzərdə tutulur. Bunlardan 69-u kiçik dövlət müəssisə və obyekti, 98-i qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan 37 dövlət əmlakı icarəçilərə təklif olunan, qanunvericilikdə müəyyən edilən müddətdə dəyəri ödənilməyən daşınmaz dövlət əmlakları və onların yerləşdiyi torpaq sahələridir.

    Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Bakının Qaradağ rayonunda yerləşən 22 saylı Avtodayanacaqdır. Sahəsi 6 047 kv.metr olan adı çəkilən əmlakın ilkin start qiyməti 331,5 min manatdır.

    Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 80-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir, Quba, Sabirabad da yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Yasamal rayonunda yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 468 min manat start qiyməti ilə hərraca çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi