​Daha iki marketdə əsassız qiymət artımı aşkarlanıb

​Daha iki marketdə əsassız qiymət artımı aşkarlanıb Marketlərdə kassa aparatının yaddaşında olan qiymətlə mallayın yarlığında olan qiymətlər uyğun gəlməyib
Biznes
4 Mart , 2015 16:32
​Daha iki marketdə əsassız qiymət artımı aşkarlanıb

Bakı. 4 mart. REPORT.AZ/ İstehlak bazarında süni qıtlıq yaradılması, eləcə də əsassız qiymət artımı, istehlakçıların qiymətdə və çəkidə aldadılması hallarının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

“Report” Nazirliyə istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədov küçəsi,205B ünvanında Şakir Ağayevə məxsus “Sarı” marketdə və Abşeron rayonu, Fatmayı qəsəbəsində Aydın Əliyevə məxsus “Dəniz” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qiymətləri əsassız artıran şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi