Yuxarı

Daha bir ticarət obyektində qiymət manipulyasiyası aşkarlanıb

Lactalis Caspi MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri qaldırılıb

Bakı. 5 mart. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı daha bir müəssisədə əsassız qiymət artımı müşahidə olunub.

“Report” Nazirliyə istinadən bildirir ki, “Lactalis Caspi” MMC tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi süd məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib.

Bununla əlaqədar “Lactalis Caspi” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi