Yuxarı
    Bağlamaq

    Daha 3 qərb şirkəti Azərbaycanı tərk edir

    Bu barədə Vergilər Nazirliyindən bildirilib

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın "İvor Promotions LLP" və "Arcotrans LLP" şirkətləri Azərbaycandakı nümayəndəliklərinin ləğv olunduğunu elan edib. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, hər iki şirkətin kreditorları tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,44 ünvanına ("Caspian Plaza" Biznes Mərkəzi) bildirə bilərlər.

    Bundan başqa, İrlandiyanın "Accenture Ltd." şirkəti də Azərbaycan bazarını tərk etməyə qərar verib. Şirkətin kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, ev 11, mənzil 28-30 ünvanında baxılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi