​Dağıstan Azərbaycana döşəmə plitəsi və keramik qranit ixrac etməyi planlaşdırır

​Dağıstan Azərbaycana döşəmə plitəsi və keramik qranit ixrac etməyi planlaşdırır "Marabi" zavodu ilin sonunda istifadəyə veriləcək
Biznes
30 Avqust , 2015 18:59
​Dağıstan Azərbaycana döşəmə plitəsi və keramik qranit ixrac etməyi planlaşdırır

Bakı. 30 Avqust. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikası Azərbaycana döşəmə plitəsi və keramik qranit ixrac etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə ötən gün Dağıstan Respublikası hökumətinin sədri Abdusəməd Həmidov Kumtorkalin rayonunda "Marabi" zavodunun inşasının son mərhələsini yoxlamadan keçirərkən bildirib.

O zavod məhsullarının, həmçinin Şimali Qafqaz Federal Dairəsi, Moskva və Qazaxıstana tədarükünün planda durduğunu qeyd edib.

2013-cu ilin aprel ayında start götürən layihə çərçivəsində döşəmə plitəsi və keramik qranit istehsalı nəzərdə tutulub. Zavod cari ilin noyabrında istifadəyə veriləcək.

Son xəbərlər

Orphus sistemi