Yuxarı

​Dövlət Gömrük Komitəsi risklərin təhlili üçün tələb olunan məlumatların siyahısını açıqlayıb

Bakı. 22 avqust.REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) risklərin təhlili və qiymətləndirilməsi məqsədilə lazım olan m

Bakı. 22 avqust.REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) risklərin təhlili və qiymətləndirilməsi məqsədilə lazım olan məlumatların siyahısını təqdim edib.

"Report"un Komitəyə istinadən verdiyi məlumata görə, siyahıda gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək, risklərin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatlar, gömrük ərazisindən malların aparılmasına görə gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallarda risklərin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatlar, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumat təqdim olunub.

Bundan başqa, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olması haqqında məlumat, gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs tərəfindən nəqliyyat vasitəsinin gömrük ərazisindən yola düşməsi haqqında məlumat, xüsusi gömrük proseduruna icazə sahibi tərəfindən icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə biləcək bütün amillər barədə məlumat təqdim edilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi