Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlanıb

Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlanıb ANAMA tərəfindən 49 615 kv.m ərazi yoxlanılıb
Biznes
11 Aprel , 2017 17:44
Cocuq Mərcanlıda tank əleyhinə mina aşkarlanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 2 775 ədəd qəlpə, 1 ədəd tank əleyhinə TM-57 minası və 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 49 615 kv.m ərazi (3 103 kv.m əl, 15 600 kv.m mexaniki üsulla və 30 912 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Agentlik 53 gün ərzində Cocuq Mərcanlıda 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirib, 23 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 3 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1)), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 38 ədəd tank əleyhinə mina (14 ədəd TM-57 minası və 24 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar edərək zərərsizləşdirib, 1 635 944 kv.m ərazi (456 515 kv.m əl, 458 400 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 608 029 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Ümumilikdə ANAMA tərəfindən yanvarın 1-dən aprelin 11-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 125 ədəd partlamamış hərbi sursat, 79 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 692 108 kv.m ərazi (512 679 kv.m əl, 458 400 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 608 029 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlanılıb.

Hazırda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi