Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyası Azərbaycanda layihələrin sığortalanmasında maraqlıdır

Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyası Azərbaycanda layihələrin sığortalanmasında maraqlıdır Bakı. 22 may. REPORT.AZ/ Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyası (SİNOSURE) Azərbaycanda həyata keçirilən layihələrin sığortalanmasında maraqlıdır.
Biznes
22 May , 2018 17:20
Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyası Azərbaycanda layihələrin sığortalanmasında maraqlıdır
0 : 00
0 : 00

Bakı. 22 may. REPORT.AZ/ Çinin İxracın və Kreditlərin Sığortası Korporasiyası (SİNOSURE) Azərbaycanda həyata keçirilən layihələrin sığortalanmasında maraqlıdır.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu Korporasiyanın İdarə heyətinin sədri Vanq Yi Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşdə vurğulayıb.

Görüşdə bildirilib ki, xarici ticarət və iqtisadi əməkdaşlığın təşviqi məqsədilə kredit və investisiyaların sığortalanması sahəsində böyük təcrübəsi olan SİNOSURE Korporasiyası tərəfindən, ümumilikdə, 3,5 trln. dollar məbləğində ixrac vəsaiti sığortalanıb. Korporasiya 250-dən çox bankla əməkdaşlıq edir.

Görüşdə SİNOSURE Korporasiyasının Azərbaycanın aidiyyəti qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğu ifadə olunub və bu sahədə əlaqələrin qurulması imkanları müzakirə edilib.

Görüşdə nazir Ş. Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, rəsmi və işgüzar səfərlərin ölkələr arasında əlaqələrin genişlənməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Vurğulanb. ki, Azərbaycan Prezidentinin 2015-ci ildə Çinə səfəri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir.

Ş.Mustafayev qeyd edib ki, 2018-ci ilin fevral ayında Azərbaycan nümayəndə heyətinin Çinə səfəri çərçivəsində Pekində “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans və Çin rəsmiləri ilə müxtəlif görüşlər təşkil olunub.

Bildirilib ki, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar olub. Hazırda Pekində Azərbaycanın Ticarət Nümayəndəliyi fəaliyyət göstərir, Şanxayda Azərbaycan Ticarət Evinin, Pekində və Şanxayda Azərbaycan Şərab Evinin açılması nəzərdə tutulur. Bütün bunlar ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəkdir.

Çinlə tranzit daşımaları, logistika, ticarət, investisiya, turizm və humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd edən iqtisadiyyat naziri Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Görüşdə həmçinin, Ələtdə yaradılması nəzərdə tutulan “Azərbaycan Respublikası-Çin Azad İqtisadi Sənaye Şəhərciyi” barədə məlumat verilib.

Nazir Azərbaycan və Çin şirkətləri arasında birgə həyata keçirilməsi nəzərdə tutulan metallurgiya, kənd təsərrüfatı, neft-kimya sahələri üzrə layihələrin icrasının ölkələr arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi