Pekinin ABŞ ilə ticarət dövriyyəsi yanvar-may aylarında xeyli azalıb

Pekinin ABŞ ilə ticarət dövriyyəsi yanvar-may aylarında xeyli azalıb Çin paytaxtı Pekinin ABŞ ilə ticarət dövriyyəsi bu ilin yanvar – may aylarında ötən ilin müvafiq dövrünə nisbətən 32,6 faiz azalaraq 72,33 milyard yuan, yəni 10,52 milyard ABŞ dolları təşkil edib.
Biznes
4 İyul , 2019 14:10
Pekinin ABŞ ilə ticarət dövriyyəsi yanvar-may aylarında xeyli azalıb

Çin paytaxtı Pekinin ABŞ ilə ticarət dövriyyəsi bu ilin yanvar – may aylarında ötən ilin müvafiq dövrünə nisbətən 32,6 faiz azalaraq 72,33 milyard yuan, yəni 10,52 milyard ABŞ dolları təşkil edib.

“Report” “China Daily”yə istinadən xəbər verir ki, şəhər gömrük idarəsinin məlumatına görə, sözügedən dövrdə paytaxtın məcmu xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 7,5 faiz artaraq 1,15 trilyon yuan, yəni 167 milyard dollara yaxın olub. Belə ki, idxal həcmi 955,56 milyard yuan, yəni 138,89 milyard dollar (8,9 faizlik artım), ixrac həcmi də 198,84 milyard yuan, yəni 28,92 milyard dollar (1,4 faiz artım) təşkil edib.

Pekinin Avropa İttifaqı ilə ticarət dövriyyəsi həmin müddət ərzində 156,73 milyard yuan, yaxud 22,75 milyard dollar (22,1 faizlik artım), ASEAN ölkələri ilə ticarət dövriyyəsi 103,06 milyard yuan, yaxud 15,05 milyard dollar (2,1 faiz artım), Avstraliya ilə ticarət dövriyyəsi də 84,94 milyard yuan (12,35 milyard dollar, 61,7 faiz artım) təşkil edib.

Eyni dövrdə Çinin ABŞ ilə ticarət dövriyyəsi 209,68 milyard dollar (14,5 faizlik azalma), o cümlədən ixrac həcmi 160,12 milyard dollar (8,4 faiz azalma), idxal həcmi də 49,57 milyard dollar (29,6 faiz azalma) təşkil edib.

Son xəbərlər

Orphus sistemi