Çin-ABŞ ticarət müharibəsinə start verilib

Çin-ABŞ ticarət müharibəsinə start verilib ABŞ "Alibaba" şirkətini "qara siyahi"ya daxil edib
Biznes
27 Dekabr , 2016 10:41
Çin-ABŞ ticarət müharibəsinə start verilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Dünyanın ən məşhur e-ticarət saytı olan "Alibaba.com" (Çin) saxta mal satdığına görə, ABŞ-da "qara siyahı"ya daxil edilib. "Report"un "Haberler" saytına istinadən verdiyi xəbərə əsasən, Çin şirkətinin rəhbərliyi qəsdən saxta məhsul satışına göz yumması iddiasını rədd edib. "Alibaba"nın İdarə Heyətinin sədri Maykl Evans (Michael Evans) ABŞ-ın bu münasibətinə üzüldüyünü, onların saxta mallarla mübarizədə böyük əmək sərf etdiklərini bildirib. M.Evans ABŞ-ın bu qərarının son zamanlar onsuz da gərginləşən Çin-ABŞ münasibətlərini daha da pisləşdirəcəyini qeyd edib.

Xatırladaq ki, "Alibaba" bu ilin may ayında saxta mallar satdığı iddiası ilə Saxtaçılığa Qarşı Beynəlxalq Təşkilatının (IACC) üzvlüyündən çıxarılıb. İACC-nin üzvləri arasında "Guccive" və "Michael Kors" kimi məşhur 250-yə yaxın brend var. ABŞ-ın yeni prezidenti D.Tramp seçki kampaniyası zamanı Çini "əqli mülkiyyət" oğurluğunda ittiham edib.

"Report"un analitik qrupu 2017-ci ildə ABŞ-Çin ticarət münasibətlərinin gərginləşəcəyini proqnozlaşdırır. Bunun nəticəsində isə Çin iqtisadiyyatı xeyli zəifləyəcək, milli valyutası - yuan devalvasiya olacaq. Bu da öz növbəsində neft qiymətlərini kəskin azaldacaq və dünyada gedən valyuta müharibəsini daha da qızışdıracaq.

Son xəbərlər

Orphus sistemi