Çexiyalı nazir: "İkitərəfli əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan qarşılıqlı missiyalar həyata keçirməyi planlaşdırırıq" - MÜSAHİBƏ

Çexiyalı nazir: "İkitərəfli əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan qarşılıqlı missiyalar həyata keçirməyi planlaşdırırıq" - MÜSAHİBƏ Bakı. 21 fevral. REPORT.AZ/ Çexiyanın yeni təyin olunmuş sənaye və ticarət naziri Marta Novakova “Report”a müsahibə verib:
Biznes
21 Fevral , 2019 15:35
Çexiyalı nazir: İkitərəfli əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan qarşılıqlı missiyalar həyata keçirməyi planlaşdırırıq - MÜSAHİBƏ

Bakı. 21 fevral. REPORT.AZ/ Çexiyanın yeni təyin olunmuş sənaye və ticarət naziri Marta Novakova “Report”a müsahibə verib:

- Cənab nazir, yeni vəzifənizdə xaricə ilk səfərinizi ötən ilin sonlarına yaxın Azərbaycana etmisiniz. Əvvəlcə bu səfər barədə məlumat verərdiniz.

- Azərbaycana səfərimdə məni iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edib. Heyətin tərkibi kifayət qədər geniş idi və bu, çex biznesmenlərinin Azərbaycana olan marağını göstərirdi. Səfər çərçivəsində mən infrastruktur, o cümlədən nəqliyyat, eləcə də energetika, kənd təsərrüfatı, səhiyyə, ətraf mühit texnologiyaları kimi sahələrin inkişafında Çexiya şirkətlərinin iştirakı ilə bağlı faydalı danışıqlara rəhbərlik etdim. Hazırda iş adamlarımız Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ölkənizdə qeyri-neft sektorunun inkişafına dəstək vermək üçün imkanlar axtarırlar.

- Azərbaycan və Çexiya birgə müəssisələr yarada bilərmi? Bir qədər əvvəl iki ölkənin birgə şəkildə elektrobus istehsal edəcəyi barədə xəbərlər yayılmışdı.

- Birgə müəssisələrin yaradılması iki ölkə arasında əməkdaşlığın maraqlı variantlarından biridir və mümkün ola bilər. Konkret olaraq elektrobus istehsalına gəlincə isə, Azərbaycana səfərimdə bu məsələ gündəlikdə deyildi. Azərbaycan indiyə qədər Çexiyanın “İveco” şirkəti ilə əməkdaşlıq edib və ondan sıxılmış təbii qazla işləyən 151 avtobus alıb. Bununla yanaşı, Çexiya elektrobus istehsalı sahəsində əməkdaşlığa dair danışıqları dəstəkləyir.

"İş adamlarımız Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, ölkənizdə qeyri-neft sektorunun inkişafına dəstək vermək üçün imkanlar axtarırlar".

Marta Novakova

Министр промышленности и торговли Чехии&Марта Новакова

- Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyasının növbəti iclası nə vaxt keçiriləcək?

- İlk öncə qeyd edim ki, iki ölkə arasında iqtisadi münasibətlərdə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan-Çexiya Hökumətlərarası Komissiyası böyük rol oynayır. Komissiyanın sonuncu iclası 2017-ci ilin yanvar ayında Bakıda keçirilib. Hazırda növbəti iclasın tarixi müzakirə obyektidir. Mən iclasın 2019-cu ilin aprel ayında keçirilməsini təklif etmişəm.

Bu il həmçinin Şərq Tərəfdaşlığının yaradılmasının 10 illik yubileyidir. Bununla əlaqədar rəhbərlik etdiyim nazirlik Çexiyanın Xarici İşlər Nazirliyi ilə birgə aprelin 16-17-də Praqada iqtisadiyyat nazirlərinin konfransını təşkil edəcək. Konfrans iştirakçıları ticari-iqtisadi əlaqələrlə bağlı islahatları, həmçinin iqtisadi yaxınlaşma prosesini müzakirə edəcəklər. Tədbirə Şərq Tərəfdaşlığına üzv ölkələrin (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna) nümayəndələri də dəvət olunacaq. Konfrans bu ölkələr, eləcə də Avopa İttifaqı və Çexiya üçün mühüm əhəmiyyət kəsb edir.

Bundan başqa, 2019-cu ildə biz ikitərəfli əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan qarşılıqlı missiyalar həyata keçirməyi planlaşdırırıq. 

Son xəbərlər

Orphus sistemi