Yuxarı

Çexiya şirkətləri Azərbaycanda birgə müəssisələr yaratmaq niyyətindədir

Çexiya şirkətləri Azərbaycanda birgə müəssisələr yaratmaq niyyətindədi

Çexiyanın neft emalı zavodlarında emal edilən xam neftin üçdə biri Azərbaycandan idxal edilir.

“Report”un məlumatına görə, bunu Çexiyanın Parlament Palatasının sədri Radek Vondraçek bu gün Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda bildirib.

O qeyd edib ki, bu isə iki ölkə arasındakı ticarətdə balansın pozulmasına səbəb olur.

Onun sözlərinə görə, Çexiya şirkətləri bu səbəbdən Azərbaycanda müxtəlif sahələri əhatə edən şirkətlər və birgə müəssisələr yaratmaq niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi