Yuxarı
    Bağlamaq

    Martda Çexiya-Azərbaycan biznes forumu keçiriləcək

    ​Çexiya Azərbaycanla qeyri-neft sahəsində əlaqələri genişləndirmək niyyətindədir

    Bakı. 13 fevral. REPORT.AZ/ Cari ilin mart ayında Çexiyanın sənaye və ticarət nazirinin Azərbaycana səfəri və iş adamları arasında biznes forumun keçirilməsi nəzərdə tutulur. 

    "Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu və digər məsələlər iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşündə müzakirə olunub.

    Nazir görüşdə Azərbaycan və Çexiya arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. O bildirib ki, iki ölkə arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, ticarət əlaqələri genişlənir, investisiya qoyuluşu həyata keçirilir. Görüş zamanı Şahin Mustafayev Ermənistan istisna olmaqla, regionun digər ölkələri ilə uğurlu əməkdaşlıq aparıldığını söyləyib.

    Səfir isə iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib, Çexiyanın Azərbaycanla qeyri-neft sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi