"CEO Lunch Tbilisi" üçün qeydiyyat başlayıb

"CEO Lunch Tbilisi" üçün qeydiyyat başlayıb Bakı. 22 yanvar. REPORT.AZ/ Fevralın 23-də Gürcüstanda keçiriləcək IV “CEO Lunch Tbilisi”yə iştirakçı şirkət rəhbərlərinin qeydiyyatı başlayıb.
Biznes
22 Yanvar , 2018 17:14
CEO Lunch Tbilisi üçün qeydiyyat başlayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Fevralın 23-də Gürcüstanda keçiriləcək IV “CEO Lunch Tbilisi”yə iştirakçı şirkət rəhbərlərinin qeydiyyatı başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini Telman Əliyev bildirib.

T.Əliyev qeyd edib ki, “Caspian European Club” və “Caspian American Club”un üzv şirkətlərinin rəhbərləri arasında keçirilmiş sorğuya əsasən, respondentlərin əksər hissəsi Tbilisinin yeni təyin olunmuş meri Kaxa Kaladzenin fəxri qonaq qismində dəvət olunmasını təklif edib. "Caspian European Club", öz növbəsində, K.Kaladzenin adına IV “CEO Lunch Tbilisi”də iştirak etmək xahişi ilə rəsmi məktub ünvanlayıb”, - deyə o əlavə edib.

T.Əliyev “CEO Lunch Tbilisi”nin bütün tədbirlərində iştirak edən şirkət rəhbərləri və top-menecerlər ilə fərdi şəkildə söhbət edən, problemləri ilə maraqlanan və onların Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli iqtisadi və işgüzar əlaqələrin nizamlanması üzrə təkliflərini dinləyən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun şəxsi dəstəyini və iştirakını xüsusilə vurğulayıb.

O həmçinin xatırladıb ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə birinci “CEO Lunch Tbilisi” “Caspian Energy Georgia”nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində sentyabrın 29-da Gürcüstanda keçirilib.

“CEO Lunch Tbilisi”yə qeydiyyat http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/ceo-lunch/item/162-ceo-lunch-tbilisi-23-02-2018 linki üzrə fevralın 22-dək davam edəcək.

Qeyd edək ki, sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. “Caspian European Club” dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.

Son xəbərlər

Orphus sistemi