​Cəbrayıldan olan sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

​Cəbrayıldan olan sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb Layihələrin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər
Biznes
27 Yanvar , 2015 13:02
​Cəbrayıldan olan sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 27 yanvar.REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Biləsuvar rayonunda müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkün sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə isitnadən xəbər verir ki, yanvarın 23-də bununla bağlı rayonda keçirilmiş forum çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və cins heyvandarlıq təsərrüfatlarının yaradılması, tikişçilik və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması, çörək və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul olunub.

Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi