“Caspian European Club”un FMCG komitəsinin iclası keçirilib

“Caspian European Club”un FMCG komitəsinin iclası keçirilib Bakı. 24 aprel. REPORT.AZ/ FMCG komitəsinin rəhbəri, Veysəloğlu Şirkətlər Qrupunun biznesə dəstək üzrə direktoru İlqar Nurinin sədrliyi ilə təşkil olunmuş toplantıda FMCG sektoru şirkətlərinin rəhbərləri və nümayəndələri şirkətlərin qarşılaşdığı problemləri, həmçinin onların həlli yollarını müzakirə ediblər.
Biznes
24 Aprel , 2018 10:52
“Caspian European Club”un FMCG komitəsinin iclası keçirilib

Bakı. 24 aprel. REPORT.AZ/ FMCG komitəsinin rəhbəri, Veysəloğlu Şirkətlər Qrupunun biznesə dəstək üzrə direktoru İlqar Nurinin sədrliyi ilə təşkil olunmuş toplantıda FMCG sektoru şirkətlərinin rəhbərləri və nümayəndələri şirkətlərin qarşılaşdığı problemləri, həmçinin onların həlli yollarını müzakirə ediblər. 

“Report”un mılumatına görə, “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, səsləndirilən təkliflər “Caspian European Club”un hüquq komitəsi tərəfindən öyrənildikdən sonra müvafiq dövlət qurumlarına göndəriləcək.

İşçi qrupunun dövlət qurumları və parlament komitələri çərçivəsində aparılan müzakirələrin yekunu əsasında xüsusi hesabat və Prezident, “Caspian European Club”un sədri İlham Əliyevə təqdim etmək üçün təkliflər paketi hazırlanacaq.

“Caspian European Club”un İdarə Heyətinin üzvləri və komitə rəhbərləri Samir Hacıyev və Avni Dəmirçi də müzakirələrdə fəal iştirak ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy İnternational Media Group”un fəal iştirakı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi