Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün "Caspian European Club"
"Report" xəbər verir ki, tədbirdə Azərbaycandа gömrük qurumları ilə biznes arasında dialoqun genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
S.Mehdiyev biznes-forum iştirakçılarını maraqlandıran bütün suallara cavab verib, DGK-nin fəaliyyəti və yeni planlar üzərində xüsusilə dayanıb.
DGK rəhbəri qeyd edib ki, son illər ölkədə qeyri-neft sektorunun inkişafı, ixrac və tranzit potensialının artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar gömrük orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıb. Gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, infrastrukturun yenidən qurulması və kadrların potensialının gücləndirilməsi istiqamətində görülən işlərə toxunan Komitə sədri artıq gömrük orqanlarının daha çevik və dinamik bir quruma çevrildiyini bildirilib. O həmçinin deyib ki, həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə, qaçaqmalçılıq hallarının qarşısının alınması, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Biznes-forumda çıxış edən "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə S.Mehdiyevə minnətdarlığını bildirib.
Biznes-forumda S.Mehdiyevə "Caspian European Club"un fəxri üzvlük sertifikatı təqdim olunub. "Caspian European Club"un yeni və fəaliyyətdə olan üzv şirkətlərinə də sertifikatlar verilib.
Tədbirdə "Alliance Assist" şirkətinim direktoru Bəxtiyar Yaraliyev və "Zaman Broker" şirkətinin direktoru Xəyal Məmmədxanlı təqdimatla çıxış edib.
Biznes-forumda dövlət və özəl şirkət rəhbərləri, bir sıra diplomatik qurumların, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyun ayında Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un fəal iştirakı ilə yaradılıb.
2016-cı il dekabrın 24-də "Caspian American Club", 2018-ci il yanvarın 26-da "Caspian Asian Club" təsis olunub. Hər iki təşkilatı 2 il ərzində "Caspian European Club"un İdarə Heyətinin üzvləri idarə edəcək. "Caspian European Club"a daxil olan bütün şirkətlər avtomatik qaydada "Caspian American Club" və "Caspian Asian Club"un, "Caspian American Club" və "Caspian Asian Club"a daxil olanlar isə "Caspian European Club"un üzvü hesab olunurlar.
"Caspian European Club"un əsasını Prezident