“Caspian Energy” Azərbaycanın regionlarının investisiya reytinqini dərc edəcək

“Caspian Energy” Azərbaycanın regionlarının investisiya reytinqini dərc edəcək Bakı. 24 noyabr. REPORT.AZ/ “Caspian Energy” jurnalının yekun nömrəsində Azərbaycanın regionlarının genişləndirilmiş investisiya reytinqi dərc olunacaq. “Report” xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.
Biznes
24 Noyabr , 2017 14:48
“Caspian Energy” Azərbaycanın regionlarının investisiya reytinqini dərc edəcək

Bakı. 24 noyabr. REPORT.AZ/ “Caspian Energy” jurnalının yekun nömrəsində Azərbaycanın regionlarının genişləndirilmiş investisiya reytinqi dərc olunacaq. “Report” xəbər verir ki, bu barədə “Caspian European Club”un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, reytinqdə Azərbaycanın 65 rayon və şəhəri üzrə iqtisadi göstəricilər və investisiya nəticələri qiymətləndirilib. Ermənistan tərəfindən işğal olunmuş rayonlar üzrə statistikanı təqdim etmək mümkün olmadığından, onlarla müqayisə aparılmayıb. İşğal faktı ayrıca qeyd olunub ki, bu da jurnalın geniş beynəlxalq oxucu auditoriyasına həmin mühüm problemi çatdırmağa imkan yaradacaq: “18 parametr üzrə sıralanmış regionlar 6 qrupa bölünüb – sosial-demoqrafik xarakteristika, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifah və kənd təsərrüfatı”.

“Caspian Energy” jurnalının bu nömrəsi dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, həmçinin dövlət və transmilli şirkətlərin, aparıcı beynəlxalq analitik mərkəzlərin, investisiya təşkilatlarının və reytinqli agentliklərin rəhbərlərinə təqdim olunacaq”, - deyə T.Əliyev qeyd edib.

O bildirib ki, 2017-ci ilin investisiya reytinqi ilə yanaşı, jurnalda bu regionlarda fəal çalışan müəssisə rəhbərlərinin məqalə və müsahibələri dərc olunacaq.

T.Əliyev qeyd edib ki, jurnalın sözügedən buraxılışında dərc olunmuş hər bir məqalə və müsahibə Azərbaycanın regionlarının inkişafı üçün uzunmüddətli investisiyaların cəlb olunmasına əlavə təkan verə və potensiallı partnyorların axtarışına, eləcə də Azərbaycanda istehsal olunan məhsul və xidmət istehlakçılarının axtarışına yardım edə biləcək.

Son xəbərlər

Orphus sistemi