"Caspian Ambassadors Club"un illik toplantısı keçiriləcək

"Caspian Ambassadors Club"un illik toplantısı keçiriləcək Müzakirələrin yekunu Azərbaycan Prezidentinə təqdim olunacaq
Biznes
26 Yanvar , 2017 13:03
Caspian Ambassadors Clubun illik toplantısı keçiriləcək

Bakı. 26 yanvar. REPORT.AZ/ "Caspian European Club" (Сaspian Business Club) və "Caspian American Club" çərçivəsində fevralın 8-də Bakıda "Caspian Ambassadors Club"un ənənəvi illik dəyirmi masası keçiriləcək.

"Caspian European Club"dan "Report"a verilən məlumata görə, “Caspian Ambassadors Club" çərçivəsində Azərbaycanda diplomatik nümayəndəlikləri fəaliyyət göstərən dövlətlərin sahibkarlarının üzləşdikləri problemlər, Azərbaycanın müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran suallar, həmçinin onların iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təklifləri öyrəniləcək. Təşkil olunmuş dəyirmi masada iştirak edən səfir və diplomatik nümayəndələr eyni zamanda təmsil etdikləri ölkələrin bazarlarındakı fəaliyyətlə bağlı Azərbaycan sahibkarlarının sualları, problem və təklifləri ilə tanış ola biləcəklər”, - deyə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

“Görüşdə xarici dövlətlərin səfirlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri üzrə həyata keçirilən yol xəritələrinə münasibəti müzakirə olunacaq. Ölkə iqtisadiyyatının müxtəlif istiqamətlərinin inkişafı üzrə qəbul olunmuş 12 yol xəritəsi və Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar nəzərə alınmaqla əcnəbi investorlarla dialoqun fəallaşdırılması qeyri-neft sektorunun gələcək sabit və rəqabətədavamlı inkişafı üçün xarici investorların cəlb edilməsi prosesinin sürətlənməsinə xidmət edəcək”, - deyə T.Əliyev vurğulayıb.

Onun sözlərinə görə, müzakirələrin yekunu "Caspian European Club" və "Caspian American Club"un sədri, Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi