​CAREC Proqramının ekspertləri Azərbaycanda tərəfdaş axtarır

​CAREC Proqramının ekspertləri Azərbaycanda tərəfdaş axtarır Azərbaycan Sahibkarlar Konfederasiyasında ADB missiyası ilə görüş keçirilib
Biznes
30 İyun , 2016 16:33
​CAREC Proqramının ekspertləri Azərbaycanda tərəfdaş axtarır

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov Asiya İnkişaf Bankının (ADB) Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının ekspertləri ilə görüşüb. 

ASK-dan "Report"a verilən məlumata görə, görüşdə sözügedən proqram çərçivəsində həyata keçirilən "CAREC Proqramına üzv ölkələrdə regional tranzit ticarətin asanlaşdırılması Layihəsi" ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Layihənin əlaqələndiricisi Konstantin Naumov bildirib ki, bu layihə pilot olaraq 3 ölkədə həyata keçiriləcək və Qırğızıstan, Qazaxıstan və Çin daxil olmaqla 2017-ci ildən tətbiqinə başlanacaq.

Ümulikdə, ekspertlərin Azərbaycana səfərinin əsas məqsədi ölkədə müvafiq təşkilatları layihə haqqında məlumatlandırmaq, əməkdaşlıq üçün yeni tərəfdaşlar tapmaqdır. Həmçinin, ticarətin asanlaşdırılması sahəsində mövcud İKT sisteminin tədqiqatı və ADB tərəfindən hazırlanmış hesabatda təklif edilən regional tranzit zəmanət mexanizminin tətbiq olunması məqsədilə İKT sahəsində prioritet sahələri müəyyən etmək də səfərin prioritetləri sırasındadır.

Görüşün sonunda müvafiq İKT şirkətləri ilə əlaqə yaradılacağına dair razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi