Yuxarı

CAR şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində maraqlıdır

Şirkətlər Azərbaycanda sərhədlərin, neft qurğularının, boru kəmərlərinin mühafizəsi sistemlərinin yaradılmasında maraqlıdırlar

Bakı. 1 aprel. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) şirkətləri Azərbaycanda hərbi və mülki sahədə bir sıra layihələrin birgə işləməsində maraqlıdır.

"Report"un məlumatına görə, bununla əlaqədar CAR-ın Denel və CSİR şirkətlərinin nümayəndələri, CAR-ın Türkiyədəki və eyni zamanda Azərbaycandakı səfiri Vika Xumalonun müşayiəti ilə Bakıya səfərə gəliblər.

Şirkətlərin nümayəndələri Azərbaycanın bir sıra universitetlərində görüşlər keçiriblər və bir sıra nazirliklərdə, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda da görüşlərin keçirilməsini planlaşdırır.

Şirkətlər Azərbaycanda sərhədlərin, neft qurğularının, boru kəmərlərinin mühafizəsi və s. bu kimi sistemlərin yaradılması üzrə işlərin aparılmasında maraqlıdırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi