"Cadillac" Bakıda diler mərkəzi açacaq

"Cadillac" Bakıda diler mərkəzi açacaq Avtomobil konserni şəbəkəsini genişləndirir
Biznes
1 Fevral , 2017 14:37
Cadillac Bakıda diler mərkəzi açacaq

Bakı. 1 fevral. REPORT.AZ/ "General Motors" avtomobil konserninin Rusiya nümayəndəliyi "Cadillac Russia" MDB ölkələrində fəaliyyətini genişləndirmək niyyətindədir. Şirkət əsasən Azərbaycan və Ermənistanda diler mərkəzləri açmağı planlaşdırır. 

"Report" xəbər verir ki, bu barədə "Avtostat" analitik agentliyinə "Cadillac Russia"nın rəhbəri Luka Patrinyani deyib.

L.Patrinyaninin sözlərinə görə, "Cadillac" diler şəbəkəsinin genişləndirilməsi Amerika premum markasının Rusiya bazarında uğura gedən yolu olmalıdır.

Qeyd edək ki, 2016-cı ildə "Cadillac Russia"nın nümayəndəliyi 11 yeni "Cadillac" mərkəzi açıb. Bunlardan ikisi Belarus və Qazaxıstandadır.

2017-ci ildə şirkət diler mərkəzlərinin sayını 19-a çatdırmaq, habelə yeni regionlara çıxmağı düşünür.

Son xəbərlər

Orphus sistemi