Böyük Britaniya Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlıdır

Böyük Britaniya Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlıdır Xüsusi elçi Çarlz Hendri: "Azərbaycan və Böyük Britaniyanın əməkdaşlığını energetikadan başqa sahələrdə də inkişaf etdirmək lazımdır"
Biznes
29 Oktyabr , 2014 16:57
Böyük Britaniya Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlıdır

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Böyük Britaniya Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlıdır və bu ölkə ilə qeyri-neft sahəsində əməkdaşlığın inkişafının vacib olduğunu hesab edir".

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət əlaqələrinin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri Londonda Azərbaycan və Böyük Britaniyanın ticarət əlaqələrinə həsr olunan tədbirdə deyib. 

Tədbir Böyük Britaniyada yerləşən biznes-şirkətlər şəbəkəsi CATBIG ilə əməkdaşlıqda Avropa-Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunub. Mərasimdə 60-dan artıq diplomat və biznes nümayəndələri iştirak ediblər.

Ç.Hendri bildirib ki, iki ölkə arasında möhkəm əlaqələr qurulub, onların əksəriyyəti hazırda neft və qaz sektoru ilə bağlıdır. O, energetika sektorundan başqa sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. "Hazırda Sumqayıt kimya sənayesi parkı tikinti mərhələsindədir, bu baxımdan britaniyalı şirkətlərin sərmayələri və bacarıqları faydalı ola bilər. "Ağ şəhər" layihəsinin həyata keçirilməsi çirkli ərazini dünya səviyyəli bir yerə çevirib. Britaniya şirkətləri dizayn, memarlıq və layihə menecmenti baxımından köməklik göstərə bilərlər" - deyə, elçi qeyd edib. Ç.Xenrdik həmçinin informasiya texnologiyaları və maliyyə xidmətləri sektorunda ikitərəfli əməkdaşlığın inkişafı üçün imkanların olduğunuı vurğulayıb. 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib. O qeyd edib ki, iki ölkənin iqtisadi, siyasi və təhlükəsizlik maraqları üst-üstə düşür. Səfirin sözlərinə görə, siyasi sabitlik və səmərəli makroiqtisadi siyasət sayəsində Azərbaycan iqtisadiyyatı son on il ərzində 3,2 dəfə artıb. Cənubi Qafqazın ÜDM-in 70%-i Azərbaycanın payına düşür. Azərbaycan dünyanın 150 ölkəsi ilə ticarət əlaqələri qurub. 

Son xəbərlər

Orphus sistemi