Nazir: "Azərbaycanda aqroparklarla bağlı investisiya qoyuluşu 1,5 mlrd. manat məbləğində qiymətləndirilir"

Nazir: "Azərbaycanda aqroparklarla bağlı investisiya qoyuluşu 1,5 mlrd. manat məbləğində qiymətləndirilir" Bakı. 19 dekabr. REPORT.AZ/ “Hazırda Azərbaycanda 45 aqroparkın yaradılması həyata keçirilir. Bunlardan 18-i artıq fəaliyyətə başlayıb, qalanları isə növbəti illərdə fəaliyyətə başlayacaq”.
Biznes
19 Dekabr , 2018 12:01
Nazir: Azərbaycanda aqroparklarla bağlı investisiya qoyuluşu 1,5 mlrd. manat məbləğində qiymətləndirilir
İqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Firi Salim

Bakı. 19 dekabr. REPORT.AZ/ “Hazırda Azərbaycanda 45 aqroparkın yaradılması həyata keçirilir. Bunlardan 18-i artıq fəaliyyətə başlayıb, qalanları isə növbəti illərdə fəaliyyətə başlayacaq”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Onun sözlərinə görə, bu sahədə investisiya qoyuluşu 1,5 mlrd manat məbləğində qiymətləndirilir.

Nazir onu da deyib ki, Azərbaycandan qeyri-neft ixracının sürətləndirilməsi məqsədi ilə xaricdə ticarət evlərinin yaradılması uğurla davam edir: “Gələn il Birləşmiş Ərəb Əmirliklərində, eləcə də Qazaxıstanın iki şəhərində ticarət evlərinin açılması nəzərdə tutulub. Bu ilin ilk 11 ayın nəticələrinə görə, ölkədə qeyri neft məhsullarının ixracı 10%-dən çox artıb. Hesab edirik ki, növbəti illərdə ciddi nəticələr əldə ediləcək”. 

Son xəbərlər

Orphus sistemi