​Bu ilin ilk yarısında tütün idxalı 16,5% azalıb

​Bu ilin ilk yarısında tütün idxalı 16,5% azalıb 2015-ci ilin 6 ayı ərzində Azərbaycandan idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 3,28%-ni təşkil edib
Biznes
20 İyul , 2015 17:01
​Bu ilin ilk yarısında tütün idxalı 16,5% azalıb

Bakı. 20 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 153 897,14 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 30 557,27 min dollar, yaxud 16,57% azdır. Nəticədə 2015-ci ilin 6 ayı ərzində ölkədən idxal edilən tütün və tütün məmulatları ümumi idxalın 3,28%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 3 328,53 min ABŞ dolları məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 007,64 min dollar, yaxud 47,47% azdır. Tütün və tütün əvəzedicilərinin 2015-cü ildə ixracı ölkənin ümumi ixracının 0,06%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi