Bu ilin ilk 4 ayında "Azexport"a 111 mln. dollarlıq sifariş daxil olub

Bu ilin ilk 4 ayında "Azexport"a 111 mln. dollarlıq sifariş daxil olub Bunun 30 mln. dolları aprel ayının payına düşüb
Biznes
24 May , 2017 09:51
Bu ilin ilk 4 ayında Azexporta 111 mln. dollarlıq sifariş daxil olub

Bakı. 24 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində “Azexport” portalına 42 ölkədən ixrac sifarişləri daxil olub. Təkcə apreldə portala daxil olan sifarişlərin ümumi dəyəri 29,9 mln. ABŞ dolları olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda bildirilir.

Məlumata görə, 4 ay ərzində "Azexport"a daxil olmuş sifarişlərin dəyəri isə 111 mln. dollar təşkil edib.

“Aprel ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullara konyak, şərab, soğan, noxud, göbələk, yumurta, kərə yağı, pendir, pambıq yağı, albalı şirəsi, nar şirəsi, fındıq ləpəsi, quru süd, toyuq əti, bibər turşusu, günəş paneli, mühərrik yağı, boya sifariş olunan məhsullar arasındadır”, - deyə icmalda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi