Bu ilin əvvəlindən Azərbaycan vətəndaşları Türkiyədə 500-ə yaxın mənzil alıb

Bu ilin əvvəlindən Azərbaycan vətəndaşları Türkiyədə 500-ə yaxın mənzil alıb Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 487 mənzil alıb.
Biznes
17 Avqust , 2018 14:21
Bu ilin əvvəlindən Azərbaycan vətəndaşları Türkiyədə 500-ə yaxın mənzil alıb

Bakı. 17 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 487 mənzil alıb.

"Report" türk mətbuatına istinadən xəbər verir ki, azərbaycanlılar bu göstəriciyə görə digər ölkələrin vətəndaşları arasında 9-cu yerdədir. 

Ümumilikdə 7 ay ərzində xarici vətəndaşlar Türkiyədə 14 676 mənzilə sahib olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,6% çoxdur. 

Qonşu ölkənin daşınmaz əmlak bazarına ən çox investisiya yatıranlar İraq (2 571 mənzil), Səudiyyə Ərəbistanı (1 298 mənzil), İran (1 265 mənzil), Rusiya (988 mənzil) və Əfqanıstan (862 mənzil) vətəndaşlarıdır. 

Son xəbərlər

Orphus sistemi