Bu il vergi orqanlarının 9 əməkdaşı işdən çıxarılıb

Bu il vergi orqanlarının 9 əməkdaşı işdən çıxarılıb Səyyar yoxlamalar nəticəsində dövlət büdcəsinə 875 mln. manat əlavə vəsait cəlb olunub
Biznes
17 Noyabr , 2015 18:05
Bu il vergi orqanlarının 9 əməkdaşı işdən çıxarılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu ilin ilk 10 ayında Azərbaycanda vergi orqanlarının 642 əməkdaşı cəzalandırılıb, töhmət və inzibati cəzalar verilib, daha 9 nəfərin vergi orqanı xidmətinə isə xitam verilib.

"Report" xəbər verir ki, bu barədə vergilər nazirinin müavini Natiq Əmirov məlumat verib.

N.Əmirov bildirib ki, Vergi Apellyasiya Şurası hesabat dövründə işini davam etdirib. Bu dövrdə Şuraya 23 təkrar şikayət daxil olub, bundan cəmi 8-i vergi orqanlarının xeyrinə həll olunub.

Nazir müavini qeyd edib ki, təhlil olunan dövr ərzində aparılan səyyar yoxlamalar nəticəsində dövlət büdcəsinə 875 mln. manat əlavə vəsait cəlb olunub, bunun da artıq 710 mln. manatının (81,1%) ödənilməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi