Yuxarı

Bu il vergi orqanlarına daxil olan şikayətlərin sayı 14% azalıb

Vergilər Nazirliyi sentyabrda daxil olan müraciətlərin 27%-ni müsbət həll edə bilməyib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində vergi orqanlarına 67 255 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azdır. 

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən “Report”a verilən məlumata görə, onlardan 96,3%-i ərizə, 3,5%-i şikayət, 0,2%-i təklifdir.

Məlumatda deyilir ki, müraciətlərin 47,1%-i müxtəlif arayışların alınması, 23,0%-i kameral vergi yoxlamaları, 7,5%-i vergi borcları, 2,1%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,9%-i səyyar vergi yoxlamaları, 1,4%-i vergi qanunvericiliyinin tətbiqi, 1,4%-i ƏDV, 0,9%-i nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 0,8%-i qəbulla bağlı, 0,5%-i vergi cinayətləri ilə bağlı, 0,5%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, 0,2%-i operativ vergi nəzarət tədbirləri, 11,7 %-i digər məsələlərlə bağlı olub. 

Bütün müraciətlərinn 73,3%-i müsbət həll olunub. Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% azalıb.

Nazirliyin məlumatında qeyd edilir ki, hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 3 128 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən vergilər naziri tərəfindən fevralın 25-də Oğuz, aprelin 29-da Neftçala, mayın 20-də Yardımlı, iyunun 17-də Qusar, sentyabrın 23-də isə Füzuli şəhərində vətəndaşların səyyar qəbulları keçirilib, bu qəbullarda ümumilikdə 152 nəfər vətəndaş qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi