Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 178 414,87 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
"Report"un
Hesabat dövründə Azərbaycandan 3 971,68 min ABŞ dolları məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 206,64 min dollar, yaxud 1,8 dəfə azdır. Tütün və tütün əvəzedicilərinin 2015-cü ildə ixracı ölkənin ümumi ixracının 0,05%-nə bərabər olub.