Bu il Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatdırılacaq

Bu il Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatdırılacaq Bakı. 24 yanvar. REPORT.AZ/ 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 4 müəssisə - “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodu, MST Engineering Services MMC-nin təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalı zavodu, Alco Lubricant MMC-nin sürtkü yağları istehsalı zavodu və STDC MMC-nin Data Mərkəzi açılıb, “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yunəyrici-boyaq və Tabaterra QSC-nin tütün məmulatları istehsalı fabrikinin təməli qoyulub. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. 
Biznes
24 Yanvar , 2018 18:20
Bu il Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 6-ya çatdırılacaq

Bakı. 24 yanvar. REPORT.AZ/ 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında (SKSP) 4 müəssisə - “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodu, "MST Engineering Services" MMC-nin təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalı zavodu, "Alco Lubricant" MMC-nin sürtkü yağları istehsalı zavodu və STDC MMC-nin Data Mərkəzi açılıb, “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yunəyrici-boyaq və "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabrikinin təməli qoyulub. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. 

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin bu gün keçirilən kollegiya iclasında bildirilib.

Məlumata görə, bu il SKSP-də daha 6 müəssisə fəaliyyətə başlayacaq: “Ümumilikdə, SKSP-nin 15 rezidenti var. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələrinin investisiya dəyəri 2,7 milyard ABŞ dollarıdır. Artıq layihələrə 1,9 milyard ABŞ dolları investisiya yatırılıb. Hazırda Sənaye Parkında istehsalat və tikintidə 8400 işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir”.

İclasda bildirilib ki, ötən il dövlət başçısının iştirakı ilə Balaxanı Sənaye Parkı istifadəyə verilib: "Hazırda Sənaye Parkının işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti var. Bu rezidentlər tərəfindən sənaye parkına 23 milyon manat investisiya yatırılıb, 400-ə yaxın daimi iş yeri yaradılıb. Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Artıq sahibkarlar Balaxanı Sənaye Parkında polietilen və polipropilen tullantılarının, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalından biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə fəaliyyət göstərmək üçün müraciət ediblər”.

“Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkının müəssisələr üçün xammal yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaqdır. Sənaye Parkında inşa olunan “Mingəçevir Tekstil” fabriki bu ilin I rübündə istismara veriləcək. Ümumi dəyəri 65 milyon ABŞ dolları olan müəssisədə 550 yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - iclasda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi