Bu il Bakıda ictimai iaşə dövriyyəsi 7% artıb

Bu il Bakıda ictimai iaşə dövriyyəsi 7% artıb Bakı. 27 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9% artaraq 887,6 mln. manat olub.
Biznes
27 Dekabr , 2018 11:42
Bu il Bakıda ictimai iaşə dövriyyəsi 7% artıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,9% artaraq 887,6 mln. manat olub.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, dövriyyənin 99,6%-i qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.

Bu sektorda iaşə dövriyyəsinin 46,9%-i hüquqi şəxs statuslu müəssisələrin, 53,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisədə 11,3% artaraq 416,2 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi