Bu il Azərbaycanda yük maşınlarının marşrutundan çıxması ilə bağlı 1 000-dən çox halın qarşısı alınıb

Bu il Azərbaycanda yük maşınlarının marşrutundan çıxması ilə bağlı 1 000-dən çox halın qarşısı alınıb Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda yük maşınlarının marşrutundan çıxması ilə bağlı 1 026 halın qarşısı alınıb.
Biznes
14 İyun , 2018 13:07
Bu il Azərbaycanda yük maşınlarının marşrutundan çıxması ilə bağlı 1 000-dən çox halın qarşısı alınıb
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda yük maşınlarının marşrutundan çıxması ilə bağlı 1 026 halın qarşısı alınıb. 

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəis müavini Razim Zamanov "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda keçirilən seminarın II günündəki çıxışında deyib. 

O bildirib ki, marşrutdan çıxma faktları ilə bağlı 33 halda İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə tətbiq olunub. 

Qeyd edək ki, bu pozuntuya yol verən fiziki şəxlər 50 manat, hüquqi şəxslər isə 100 manat cərimələnir.

Son xəbərlər

Orphus sistemi