Bu il Azərbaycana yeni "Audi" avtomobil modelləri gətiriləcək

Bu il Azərbaycana yeni "Audi" avtomobil modelləri gətiriləcək Bunların arasında benzin və dizel mühərrikli avtomobillər olacaq
Biznes
24 Aprel , 2015 15:28
Bu il Azərbaycana yeni Audi avtomobil modelləri gətiriləcək

Bakı. 24 aprel. REPORT.AZ/ "Audi Azerbaijan" şirkəti bu il "Volkswagen" Qrupunun bir markası olan Almaniyanın "Audi" brendinin yeni modellərini Azərbaycan bazarına çıxaracaq. Şirkətdən “Report”a verilən məlumata görə, sentyabrda yerli bazara tam yeni "Audi Q7" modeli təqdim olunacaq. Avtomobil ciddi gövdə dəyişikliklərinə məruz qalaraq yeni "Audi" simasını əks etdirir. Bu model ölkəyə 3.0 TFSİ mühərriki ilə gətiriləcək. Yeni texnologiyaları əks etdirən virtual cihazlar paneli və salonun erqonomik dizaynı avtomobilin innovativliyini təmin etmək üçün əlavə olunub.

Bununla yanaşı, yeni modelin S loqosu altında gücləndirilmiş versiyası da istehsal olunacaq. SQ7 hələlik yalniz 4.0 turbo dizel mühərriki ilə təchiz ediləcək. Bu, "e-tron plug-in" hibrid versiyası tam elektriklə 200 km məsafəni qət etmək qabiliyyətinə malikdir.

Qeyd edək ki, cari ilin ilk ayından başlayaraq yenilənmiş A6 və A7 modelləri yerli bazara daxil olub. Hər iki model tam yeni 252 at gücü hasil edən 2.0 turbo mühərriklə təchiz olunub. Bu mühərriklə tandemdə tam yeni 7 pilləli S-tronic sürət qutusu çalışır. Hər iki model üçün baza opsiyası olaraq akustik şüşələr nəzərdə tutulub. Bu şüşələr avtomobili xarici səsdən qorumaq məqsədi daşıyır. Yeni A6 modeli Low, Middle və High komplektasiyalarında təqdim olunur, qiyməti isə 45 500 manatdan başlayır.

Şanxay avtoşousunda göstərilən "Audi Prologue" və bu konseptin digər modifikasiyaları "Audi" modellərinin gələcək simasında olacaq. İstehsalçı bununla qismən də olsa öz gələcək planları haqqında məlumat verir. "Prologue" konsepti eyni zamanda yeni A9 modelinin cizgilərini özündə əks etdirir.

Son xəbərlər

Orphus sistemi