Bu il Azərbaycan Ukraynadan 458 ton hazır və konservləşdirilmiş balıq idxal edib

Bu il Azərbaycan Ukraynadan 458 ton hazır və konservləşdirilmiş balıq idxal edib Bakı. 27 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Ukraynadan 903 min ABŞ dolları dəyərində 458 ton hazır və konservləşdirilmiş balıq məhsulları idxal edib.
Biznes
27 Noyabr , 2018 11:57
Bu il Azərbaycan Ukraynadan 458 ton hazır və konservləşdirilmiş balıq idxal edib

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Ukraynadan 903 min ABŞ dolları dəyərində 458 ton hazır və konservləşdirilmiş balıq məhsulları idxal edib.

Bu barədə “Report” Ukraynanın Dövlət Balıq Təsərrüfatı Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, 9 ay ərzində Ukrayna ümumilikdə 6 mln. dollar dəyərində hazır və konservləşdirilmiş balıq məhsulları ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23% çoxdur. 

Xarici bazarlara çıxarılmş məhsulların ümumi həcmi isə 3,4 min ton olub. 

Ukraynadan ən çox hazır balıq məhsulunu Moldova alıb - 1,3 mln. dollar dəyərində 893 ton. Belarusa 672 min dollar dəyərində 505 ton, Gürcüstana 590 min dollar dəyərində 552 ton, İsrailə 378 min dollar dəyərində 120 ton, Qazaxıstana 269 min dollar dəyəriondə 214 ton, Ermənistana isə 212 min dollar dəyərində 264 ton balıq göndərilib.

Onu da qeyd edək ki, Ukrayna 2017-ci ildə ümumi dəyəri 7,3 mln. dollar olan 5 min ton hazır və konservləşdirilmiş balıq ixrac edib. 

Son xəbərlər

Orphus sistemi