Bu il 728 mln. manatlıq vergi borcu silinib

Bu il 728 mln. manatlıq vergi borcu silinib Bundan əlavə, yanvar-mart aylarında 4 428 vergi ödəyicisinin maliyyə sanksiyaları üzrə borclarının 13,8 mln. manatı silinib
Biznes
20 Aprel , 2017 15:41
Bu il 728 mln. manatlıq vergi borcu silinib
Report

Bakı. 20 aprel. REPORT.AZ/ Bu il yanvarın 1-nə 39 880 vergi ödəyicisinin dövlət büdcəsinə 1 409 370,7 min manat, 1 aprel 2017-ci il tarixə isə 41 352 vergi ödəyicisinin 1 016 626 min manat məbləğində vergi borcu olub.

“Report”un Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu ilin I rübü ərzində 35 542 sayda vergi ödəyicisinin 251 086,4 min manat məbləğində borcu yaranıb, 34 070 sayda vergi ödəyicisinin 643 831,1 min manat məbləğində borcu ləğv edilib.

“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanuna uyğun olaraq, 69 329 vergi ödəyicisinin 728,083 mln. manat məbləğində borcu qeyd-şərtsiz olaraq silinib.

Bundan əlavə, Qanunun 2.2-ci və 3-cü maddələrinə əsasən, bu ilin yanvar-mart ayları ərzində edilmiş 8 013,1 min manat ödəniş müqabilində 4 428 vergi ödəyicisinin 1 yanvar 2017-ci il tarixə olan maliyyə sanksiyaları üzrə borclarının 13,761 mln. manatı silinib.

Son xəbərlər

Orphus sistemi