Bu gün keçirilən valyuta hərracında tələb təklifi 3 dəfə üstələyib

Bu gün keçirilən valyuta hərracında tələb təklifi 3 dəfə üstələyib Ümumilikdə 35 mln. dollar satılıb
Biznes
25 Oktyabr , 2016 18:54
Bu gün keçirilən valyuta hərracında tələb təklifi 3 dəfə üstələyib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərracında ümumilikdə 35 mln. dollar satılıb.

"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, dollara tələb çox olub.

Məlumatda deyilir ki, valyuta hərracında dollara olan tələb təxminən 100 mln. dollar olub.

Qeyd edək ki, valyuta hərracı 1,6211 USD/AZN məzənnəsi ilə başlayıb, 1,6291 USD/AZN məzənnəsi ilə bitib.

Son xəbərlər

Orphus sistemi